» » Bakının bir neçə rayon və qəsəbəsi qazsız qalacaq


Bakının bir neçə rayon və qəsəbəsi qazsız qalacaq

22-04-2015, 10:30
Oxunub: 613
Çap et
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bakının bir neçə rayon və qəsəbəsi qazsız qalacaqmilliyyet.az xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar saat 9:00-dan işlər başa çatanadək Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlan qəsəbələrinin, Sabunçu rayonunun Bül-Bülə, Bilgəh, Maştağa qəsəbələrinin, eləcə də Ramanı südçülük sovxozu və Subtropik sovxozunun, Binəqədi rayonunun Motodrom adlanan yaşayış massivinə və Biləcəri qəsəbəsinin, Nərimanov rayonunun Atatürk prospektinin, Xətai rayonunun Mehmandarov, Şıxlınski, M.Rüstəmov və Telnov küçələrinin bir hissəsinə, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.



Reytinq: