» » Stadionlarda bilet dəllalığı edənlər 2-7 min manat cərimələnəcək


Stadionlarda bilet dəllalığı edənlər 2-7 min manat cərimələnəcək

13-04-2015, 16:02
Oxunub: 670
Çap et
Stadionlarda bilet dəllalığı edənlər 2-7 min manat cərimələnəcəkKütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satanlara qarşı cərimələr tətbiq ediləcək.

milliyyet.az-ın məlumatına görə, Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Rauf Əliyev "Trend"-ə bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satan vəzifəli şəxslər 2 min manatdan 5100 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər məbləğdə cərimə olunacaqlar.

R.Əliyev deyib ki, bəzən idman yarışlarında bilet qabaqcadan alınır, sonradan qara bazarda başqa qiymətə satılır. O bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün qanuna dəyişikliklər edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 13-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.



Reytinq: