» » Cəmi iki gün qaldı - Jurnalistlərin nəzərinə!


Cəmi iki gün qaldı - Jurnalistlərin nəzərinə!

1-04-2015, 20:17
Oxunub: 827
Çap et
Cəmi iki gün qaldı - Jurnalistlərin nəzərinə!Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilk Avropa Oyunlarına qatılmaq istəyən jurnalistlərə, fotoqraflara və yayım hüququ olmayan təşkilatlara mətbuatın akkreditasiyasının 3 aprel cümə günü gece yarısı (Bakı vaxtı ilə) başa çatacağını xatırladır.

ATV.az-ın məlumatına görə, Bakı 2015 Avropa Oyunlarını işıqlandırmaq istəyən mətbuat nümayəndələri son müraciət tarixindən öncə müraciət etməlidirlər, gecikmiş müraciətlər qəbul olunmayacaq.

Yerlər məhdud olduğu üçün media nümayəndələrinin yeni inşa edilmiş Media Kəndində qalmaq üçün yer rezervasiya etmələri (səhər yeməyi daxil olmaqla bir gecəsi bir nəfər üçün 50 avro və iki nəfər üçün 65 avroya otaq) tövsiyə olunur. Media Kəndi Atletlər kəndinin yaxınlığındadır və bütün obyektlərə gedən nəqliyyat vasitələri buradan hərəkət edəcək. Burada, həmçinin, hər cür iş və yemək imkanları təmin ediləcək.

Mətbuat nümayəndələri akkreditasiya forması əldə etmək üçün 3 aprel 2015-ci il tarixinədəkpressoperations@baku2015.com ünvanına məktub göndərə bilərlər.



Reytinq: