» » Azərbaycanla Gürcüstan arasında yeni saziş imzalanacaq


Azərbaycanla Gürcüstan arasında yeni saziş imzalanacaq

19-12-2014, 14:41
Oxunub: 681
Çap et
Azərbaycanla Gürcüstan arasında yeni saziş imzalanacaq


BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihəsi çərçivəsində hər iki ölkənin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub.

milliyyet.az Axar.az-a istinadən xəbər verir ki, nəzərdə tutulan təlimlər layihənin əsas komponentlərinin məqsədlərinə uyğun hazırlanaraq həyata keçiriləcək.

Layihənin komponentlərinin birinin Azərbaycan və Gürcüstan arasında sərhəd mühafizəsinin gücləndirilməsi istiqamətində əlaqələndirilmiş tədbirlərin hazırlanması və tətbiqini nəzərə alaraq, ilk təlimin “Azərbaycan Sərhəd Xidməti və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Nümayəndələrinin Fəaliyyətinə dair Sazişin Hazırlanması” mövzusunda 18-19 Dekabr, 2014-cü tarixində Bakı şəhərində keçirilib.

Təlimdə Sərhəd əməkdaşlığına dair ikitərəfli və beynəlxalq sazişlərin hazırlanmasına dair beynəlxalq təcrübə müzakirə ediləcək, belə sazişlərin səmərəliyi və onların icra mexanizmləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Tədbir layihə üzrə tərəfdaş olan Miqrasiya Sisysətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) beynəlxalq ekspertləri tərəfindən keçirilib. Tədbirdə Azərbaycan Respublikasının aidiyyəti qurumlarının nümayəndələri iştirak edib.



Reytinq: