» » Hadı Rəcəblidən yeni açıqlama


Hadı Rəcəblidən yeni açıqlama

13-03-2015, 13:07
Oxunub: 634
Çap et
Hadı Rəcəblidən yeni açıqlama“95% adam o mətni heç oxumayıb”.

Bir şeyi bilin ki, parlamentdə mən təkcə əlillərin, sosial durumu ağır olan insanların yox, eyni zamanda müəllimlərin lobbisiyəm. Həmçinin, müəllimlərin əmək haqqısı, sosial durumları ilə bağlı ardıcıl çıxışların müəllifiyəm.

milliyyet.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Təhsil Problemləri İnstitutunda “İnklüziv və xüsusi təhsil: reallıqlar və perspektivlər” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bütün peşələrin, vəzifələrin alisi müəllimlikdir:

“Bu gün müəllim həmkarlarıma, elm istiqamətli, ağır cəbhədə çalışan müəllimlərə bir şeyi demək istəyirəm ki, nə qədər paradoksal da olsa, bu gün Azərbaycanda sabitliyi pozmaq istəyən, müstəqilliyi, eləcə də hakimiyyətin uğurlu, sistemli addımlarını, dövlət quruculuğunu istəməyən qüvvələr müəllimləri qızışdırmaq, onlarda hansısa mənfi fikir yaratmaq istəyirlər. Bununla da həmin qüvvələr müəllimləri hakimiyyətlə qarşı-qarşıya qoyurlar. Buna da ən bariz nümunə kimi son günlər saytlarda mənim adımın hallanmasıdır”.

“Saytlardan bəziləri yerli mətbuatlardan birinə verdiyim müsahibəyə istinad edərək “Hadı Rəcəbli müəllimlərə fəhləlik təklif edir” kimi başlıq çıxarıb. İnanın ki, 95% adam o mətni heç oxumayb və başlıqdakı cümləni tutaraq ona şərh yazıb. Bu formada məlumatı yayanlar sadəcə müəllimlərin hissi ilə oynayırlar. Tövsiyəmiz odur ki, mətni diqqətlə oxusunlar”, - deyə komitə sədri əlavə edib.

O, həmçinin deyib ki, bütövlükdə təhsil sistemində bəzi işlər görülməlidir:

“Buna səbəb ölkədə daha keyfiyyətli və yaxşı müəllimlərin yetişməsidir. Bəzən iki yerdə dərs deyən, evdə məşğul olan müəllimlərə rast gəlirik. Təbii ki, bunları qəbahət saymaq olmaz. Çünki müəllimlər daha yaxşı yaşamaq üçün daha çox çalışmalıdır”.



Reytinq: