» » Səlim Müslümovun işçiləri həbs edildi


Səlim Müslümovun işçiləri həbs edildi

17-12-2014, 11:52
Oxunub: 846
Çap et
Səlim Müslümovun işçiləri həbs edildi



Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Azərbaycan Respublikası Baş prokurorluğundan milliyyet.az Axar.az-a istinadən verilən məlumata görə, Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin tələblərinə zidd olaraq sosial müavinətlərin təyinatı və ödənilməsi zamanı 94 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israfetmə külli miqdarda törədilməklə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.



Reytinq: