» » Azərbaycanda evlənmək istəyənlərin nəzərinə! (VİDEO)


Azərbaycanda evlənmək istəyənlərin nəzərinə! (VİDEO)

9-03-2015, 16:47
Oxunub: 899
Çap et
Azərbaycanda evlənmək istəyənlərin nəzərinə! (VİDEO)İyunun 1-dən tibbi arayışı olmayanlar nigaha daxil ola bilməyəcəklər
İyunun 1-dən ailə qurmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi məcburi olacaq.
milliyyet.az-ın ANS TV-ə istinadən məlumatına görə, Azərbaycanda nikaha girən şəxslərin tibbi arayış təqdim etməsi məcburi olacaq. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, 3 aydan sonra tibbi arayış təqdim etməyən cütlüklər nigaha daxil ola bilməyəcəklər.

Hadı Rəcəblinin sözlərinə görə, yeni evlənənlərin tibbi müayinədən keçməsi pulsuz həyata keçiriləcək. Həkimlər qəbul edilmiş bu qərarın vaxtında verildiyini və bunun sayəsində gənclərdə nigahdan qabaq yaranmış olan bir çox infeksion xəstəliklərin qarşısının alınmasında böyük rol oynayacağını deyir.

Həkim Gülnarə Sultanqızının sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən evlənmək istəyənlər tibbi müayinədən keçdiklərini təsdiqləyən arayışı müvafiq quruma təqdim etdikdən 1 ay sonra nikah bağlaya bilərlər.

Qeyd edək ki, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.




Reytinq: