» » WhatsApp-da yenilik


WhatsApp-da yenilik

27-02-2015, 13:46
Oxunub: 1035
Çap et
WhatsApp-da yenilikMəşhur mesajlaşma proqramı WhatsApp daha bir yeniliyə imza atıb.

milliyyet.az-ın Anspress-ə istinadən məlumatına görə, WhatsApp veb interfeysini artıq "Firefox" və "Opera" brauzerlərində də istifadə etmək mümkün olacaq.

Mesajlaşma proqramları arasında uzun müddətdir liderlik edən WhatsApp istifadənin asanlaşması üçün bu cür yeniliklər etməyə başlayıb.

Ötən ay ilk olaraq Google Chrome istifadəçiləri üçün istifadəyə verilən yenilik, artıq digər internet brauzerlərə də mesajlaşma imkanı tanıyır.

Veb-versiyanın istifadəçilərinin kimliyinin müəyyənləşməsi üçün QR-kod sistemindən istifadə olunur. Mobil telefondakı proqrama öz akkauntunla daxil olmaq üçün, WhatsApp-ın yenilənmiş versiyasından istifadə edilməlidir. Daha sonra kompyüterdə olan QR kodu oxumaq lazımdır. Yalnız bundan sonra veb və mobil versiyalar əlaqələndirilir.

QR-skaner qoşulan mesajlaşma proqramının yeni versiyası, yalnız Android, Windows Phone və BlackBerry üçün mövcuddur. iOS üçün isə bu yenilik hələlik istifadəyə verilməyib.



Reytinq: