» » Bu telefon 45 gün enerji saxlayır


Bu telefon 45 gün enerji saxlayır

18-02-2015, 00:21
Oxunub: 593
Çap et
Bu telefon 45 gün enerji saxlayır

Dövrümüzün ən gözəl icadlarından biri smartfonlardır. Onlar həyatımızı asanlaşdırsa da, özüylə müəyyən problemlər də gətirib.

Bunlardan biri smartfonların enerji məsələsidir. Bütün smartfonlar az enerji saxladığına görə istifadəçilər tez-tez telefonu elektrik naqilinə qoşmağa məcbur qalırlar.
milliyyet.az Axşam.az-a istinadən xəbər verir ki, amerikalı telefon istehsalçıları artıq bu problemi həll etdiklərini deyiblər.
Onlar, gözləmə rejimində 45 gün işləyəcə biləcək telefon yaradıblar. “Blu” şirkəti tərəfindən buraxılan “Studio Energy” smartfonu artıq satışa çıxarılıb. Onun batareyası 5.000 mAh gücündədir. Telefonun ilkin qiyməti 149 dollardır.
Telefonu dayanmadan 4 gün istifadə etmək olar.



Reytinq: