» » Hava kəskin dəyişəcək - QAR YAĞACAQ


Hava kəskin dəyişəcək - QAR YAĞACAQ

2-02-2015, 22:14
Oxunub: 650
Çap et
Hava kəskin dəyişəcək - QAR YAĞACAQ

Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən enəcək, hava qeyri-sabit keçəcək.

milliyyet.az Xezerxeber.com-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, küləkli hava şəraiti yaxın günlərdə davam edəcək, havanın temperaturu 4-5 dərəcə enəcək. Qeyri-sabit hava şəraiti fevralın 4-də axşam və 5-də müşahidə ediləcək.

Fevralın 3-də Bakıda cənub-qərb küləyi arabir güclənəcək. Fevralın 4-də isə cənub-qərb küləyi şimal küləyi ilə əvəz olunacaq. Fevralın 4-də gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Fevralın 4-də Bakıda gündüz 6-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 3-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin müşahidə ediləcək. Fevralın 4-də axşam və fevralın 5-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı proqnozlaşdırılır.



Reytinq: