» » Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir


Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir

2-02-2015, 14:02
Oxunub: 658
Çap et
Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir

Azərbaycanda Aliment Fondunun yaradılması təklif edilir.

milliyyet.az SalamNews-a istinadən xəbər verir ki, belə bir təklifi millət vəkili Qənirə Paşayeva Milli Məclisin ilk iclasında səsləndirib.

Millət vəkili bildirib ki, Milli Məclisin 2012-ci ildə Cinayət Məcəlləsində ataların aliment verməsi ilə bağlı dəyişiklik problemin həllinə ciddi təsir edə bilmir: “Bu gün bölgələrdə ataların aliment ödəməməsi ilə bağlı ciddi problemlər var. Ona görə də bəzi anaların vəziyyəti çox çətindir. Bəzən atalar işləmədiklərini əsas gətirərək aliment verməkdən imtina edirlər. Ona görə də Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edirəm. Bu fond yaradılarsa, dövlətin analara dəstəyi artar. Beləlikə də analar məhkəmə qapılarında qalmaqdan qurtulmuş olar”.

Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, belə bir fond yaradılarsa, aliment verməyənlərin sayı daha da artacaq: “Fond yaratmaq, dövlətin yükünü artırmaq lazım deyil. Hesab edirəm ki, axtarışlar aparıb başqa çıxış yolu tapmaq lazımdır”.



Reytinq: