» » “Samsung Galaxy S10”un görüntüləri yayıldı – Foto


“Samsung Galaxy S10”un görüntüləri yayıldı – Foto

20-01-2019, 19:08
Oxunub: 117
Çap et
“Samsung Galaxy S10”un görüntüləri yayıldı – Foto


“Samsung”un yeni “Galaxy S” seriyasının təqdimatına 1 ay qalmış məşhur insayder Evan Blass telefonların dizaynlarını ortaya çıxarıb.
Bizimyol.info “Technote”yə istinadən xəbər verir ki, “Galaxy S” seriyasının ən kiçik təmsilçisi “Galaxy S10E” olacaq. O, 5.8 düym ekran, ikili arxa kamera və 3100 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
“Samsung Galaxy S10”un görüntüləri yayıldı – Foto
Standart versiya olacaq “Galaxy S10” modeli 6.1 düym ekran (ekranın kənarları əyilmiş şəkildə olacaq), üçlü arxa kamera və 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Yeni faqman seriyanın ən böyük modeli olacaq “Galaxy S10 Plus” isə 6.4 düym ekran, ikili ön kamera, üçlü arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Güman edilir ki, hər bir modelin ekranına ultrasəs texnologiyası əsasında hazırlanmış barmaq izi skanı texnologiyası inteqrasiya ediləcək. Bu isə adi optik barmaq izi skanı texnologiyasından daha effektivdir. Satışa çıxacaqları bazardan asılı olaraq “Galaxy S10” ilə “S10 Plus” modelləri Snapdragon 855 və ya Exynos 9820 prosessorlarına sahib olacaqlar.



“Galaxy S10E” modelinin texniki göstəriciləri barəsində isə heç bir dəqiq məlumat yoxdur.

Qeyd etmək lazımdır ki, “Galaxy S10” seriyasının təqdimatı 20 fevral tarixində San Fransiskoda baş tutacaq.



Reytinq: