» » Sabah yağış yağacaq, dolu düşəcək


Sabah yağış yağacaq, dolu düşəcək

28-04-2018, 14:01
Oxunub: 188
Çap et
Sabah yağış yağacaq, dolu düşəcək


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-14, gündüz 16-19, Bakıda gecə 11-13, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 29-da bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.



Reytinq: