Hava kəskin pisləşir - XƏBƏRDARLIQ » Milliyet.Az

Hava kəskin pisləşir - XƏBƏRDARLIQ

Hava kəskin pisləşir - XƏBƏRDARLIQ


Aprelin 20-si gündüz qərb rayonlarından başlayaraq 23-ü axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Milliyet.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.
  • Sosial şəbəkədə paylaş