» » “Facebook” illərdir, gözlənilən yeniliyi təqdim edir


“Facebook” illərdir, gözlənilən yeniliyi təqdim edir

10-02-2018, 01:26
Oxunub: 40
Çap et
“Facebook” illərdir, gözlənilən yeniliyi təqdim edir

"Facebook" nəhayət ki, Reddit platformasındakına bənzər “bəyənməmək düyməsi” (dislike button) üzərində işlədiyini və ABŞ-dakı Android istifadəçilərinin 5%-lik bir hissəsi ilə sınaq apardığını təsdiqləyib.
"Facebook" bu düymənin statuslar və rəylərdə istifadə edilə biləcəyini, məqsədlərinin narahatedici məzmunları təyin etmək olduğunu qeyd edib.

Yeni düymə istifadəyə verildikdən sonra istifadəçilər bəyənmədikləri məzmun üçün “dislike” qoyacaq, sonra isə niyə bu qərara gəldiklərini açıqlamaq üçün pəncərə açılacaq.
Qeyd edək ki, "Facebook"un sahibi Mark Zukerberq bu düymə üzərində işlədiklərini hələ 2015-ci ildə açıqlamışdı.



Reytinq: