» » Azərbaycanda havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ


Azərbaycanda havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ

4-10-2017, 14:04
Oxunub: 483
Çap et
Azərbaycanda havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ

Oktyabrın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-65% olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13°, gündüz 14-18° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.



Reytinq: