» » Sabahın hava proqnozu


Sabahın hava proqnozu

15-12-2016, 23:04
Oxunub: 143
Çap et
Sabahın hava proqnozu


Azərbaycanda dekabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qar yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-4° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə arabir qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran rayonlarında qar yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə qar yağacağı, duman olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti təşkil edəcək. Yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərtac



Reytinq: