» » Hava proqnozu: Bakıda qar yağacaq, çovğun olacaq


Hava proqnozu: Bakıda qar yağacaq, çovğun olacaq

14-12-2016, 14:06
Oxunub: 205
Çap et
Hava proqnozu: Bakıda qar yağacaq, çovğun olacaq


Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib
Bu gün Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam sulu qara, qara keçəcəyi, çovğun olacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir: gecə və səhər 5-7°, gündüz 1-4° isti, Bakıda gecə və səhər 5-7°, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütünundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edir. Belə ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir intensivləşəcəyi, 14-də axşam, 15-də çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji xəbərdarlığa görə, dekabrın 14-15-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda soyuq diskomfortlu və yağıntılı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Şimal və qərb rayonlarından başlayaraq arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə və gündüz 3-8° isti, dağlarda gecə və gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Nazirlik xəbərdarlıq edir ki, dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10° aşağı enəcək. Yollar buz bağlayacaq.



Reytinq: