DataLife Engine > Siyasət > Brüssel Bakı ilə danışıqlardakı problemləri açıqladı

Brüssel Bakı ilə danışıqlardakı problemləri açıqladı


30-08-2019, 14:11. Разместил: sasaza
Brüssel Bakı ilə danışıqlardakı problemləri açıqladı


Azərbaycanla Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq barədə yeni saziş layihəsi üzərində danışıqlarda yaranmış əsas əngəllər məlum olub. virtualaz.org xəbər verir ki, bu haqda Brüsseldəki diplomatik mənbələr EURACTİV.com portalına məlumatları sızdırıblar.
Sayt yazır ki, Yunkerin komissiyası (Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker) Azərbaycanla yeni ticarət-siyasi razılaşmaya dair danışıqların qarşıdakı iki ay ərzində yekunlaşacağına ümid edir, bir şərtlə ki, Bakı layihənin ticarət hissəsində irəliləsin.

Azərbaycanla Avropa İttifaqı arasında münasibələr 1999-cu ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq Razılaşmasına əsaslanır. 2017-ci ilin fevralından tərəflər yeni çərçivə razılaşmasına dair danışıqlara başlayıblar. Bu danışıqlar sona yaxınlaşır, amma bəzi həll edilməmiş məsələlər var.

Ötən ilin oktyabrında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov EURACTİV.com-a açıqlamasında demişdi ki, onun ölkəsi razılaşmanın indiki komissiyanın səlahiyyət müddətinin başa çatmasına qədər imzalanacağına ümid edir. Yunkerin komissiyasının səlahiyyətləri 2019-cu il noyabrın 1-də başa çatır.

2019-cu ilin aprelində isə Brüsseldə E.Məmmədyarovla danışıqlardan sonra Aİ-nin xarici siyasət komissarı Federiko Mogerini tərəflərin danışıqların “yekun, həlledici fazasına” daxil olduqlarını açıqlamışdı.

Lakin sayta danışan mənbələr deyiblər ki, bu hədəfə nail olmağın qeyri-mümkünlüyü getdikcə daha çox aydın olur.

Belə ki, Bakı Avropa ittifaqının regionda mühüm stabilləşdirici rolunu qeyd etməklə yanaşı onu uzaqgörənlik nümayiş etdirməməkdə günahlandırır. Habelə Azərbaycanın Avropa İttifaqının energetika təhlükəsizliyinin təmin edilməsinə töhfəsi vurğulanır

“Azərbaycan habelə özünü buna görə təhqir olunmuş sayır ki, Aİ Bakının mövqeyinə görə daha az geostrateji əhəmiyyət kəsb edən və Rusiya ilə daha sıx münasibətlərə malik olan Ermənistan kimi ölkə ilə yeni nəsil ticari-siyasi razılaşma imzalayıb. Və əksinə, Aİ təəsüflənir ki, Azərbaycan yeni razılaşmaya iqtisadiyyatla bağlı güclü, mühüm əhəmiyyət kəsb edən hissənin daxil edilməli olduğunu anlamır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və Brüsselin qeyd etdiyi kimi, bu təşkilata qoşulmaq üçün ciddi ambisiyaları da yoxdur. Bildirilir ki, bu məqam saziş layihəsinin ticarətlə bağlı hissəsini razılaşdırmağa ciddi əngəl yaradır”,-məqalədə deyilir.

Avropa Komissiyasındakı mənbə deyib: “Azərbaycan yeni siyasi-ticarət razlaşmasının imzalanmasında maraqlıdır, amma buna görə qiymət ödəmək istəmir”.
Brüssel Bakı ilə danışıqlardakı problemləri açıqladı

Mənbə əlavə edib ki, top Bakının meydançasındadır və Komissiya üzərinə düşən işi yerinə yetirməyə hazırdır. Bir şərtlə ki, Bakı mövqeyinə yenidən baxsın.

Avropa Komissiyasındakı mənbə onu da bildirib ki, Avropa İttifaqının rəhbərliyi azad bazar iqtisadiyyatı qaydalarını xatırladanda Bakı danışıqlarda çətinliklərlə qarşılaşır.

“Azərbaycanın iqtisadiyyatı əsasən neftə və qaza əsaslanır. Mineral ehtiyatları ilə bağlı olmayan sahələr çox zəif inkişaf edib”,-mənbə deyib. Və əlavə edib ki, Aİ ilə razılaşmaya nail olunmasında “bəzi nazirlər digərlərinə nisbətən daha çox maraqlıdır”.

Amma mənbə hər halda ümid edir ki, razılaşma indiki Komissiyanın səlahiyyətləri başa çatana qədər imzalanacaq.

“Bu mümkün ola bilər: bir neçə yuxusuz gecə keçirsək biz məqsədə nail ola bilərik”,-mənbə deyib. Və əlavə edib ki, top Bakının tərəfindədir.

Danışıqların növbəti raundu sentyabrda baş tutacaq.

Qeyd edək ki, Brüssellə müzakirələri aparan azərbaycanlı rəsmilərin dəfələrlə bildirdiyi kimi, Azərbaycanın Aİ ilə danışıqlarda öz strategiyası var. Azərbaycanın Aİ ilə əməkdaşlıq gündəminə iqtisadiyyat, mədəniyyət və digər sahələrdə münasibətlərin dərinləşməsi daxildir. Lakin Bakı regiondakı və dünyadakı bütün amilləri, güc mərkəzlərini nəzərə almaqla bundan sonra da praqmatik siyasət aparacaq. Yəni müstəqil, özünün milli, iqtisadi, siyasi və geosiyasi maraqlarına əsaslanan siyasətini davam etdirəcək. Görünür bu səbəbdən Aİ üçün Bakı ilə danışıqlar aparmaq çətindir.


Вернуться назад