DataLife Engine > Siyasət > ReAL-dan ilk açıqlama: Bu bizi tam qane etmir

ReAL-dan ilk açıqlama: Bu bizi tam qane etmir


13-08-2018, 13:22. Разместил: sehriyar
ReAL-dan ilk açıqlama: Bu bizi tam qane etmir


Onun azadlığa buraxılması xəbərini ReAl partiyasının icra katibi Natiq Cəfərli Yenicag.az-a təstiqləyib.
ReAL-dan ilk açıqlama: Bu bizi tam qane etmir

Natiq Cəfərli açıqlamasında bildirib ki, İlqar Məmmədov şərti azadlığa buraxılıb:

“Əslində şərti azadlığa buraxılması bizi tam qane etmir. İlqar Məmədov bəraət almalıdır. Biz gözləyirdik ki, İlqar Məmmədov bəraət alsın. Hüquqi çərçivədə bəraət üçün çalışacağıq. Hər halda ailəsinin, dostlarının yanında, ReAl partiyasının başında olacaq. İlqar Məmmədovun azadlıqda olması son illərin ən sevindirici xəbəridir. İlqar Məmmədov özü də, yaxın zamanlarda mətbuat üçün açıqlamalar verəcək”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilib.
Вернуться назад