» » Müdafiə naziri Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib


Müdafiə naziri Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib

13-01-2015, 21:43
Oxunub: 612
Çap et
Müdafiə naziri Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib

milliyyet.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Metbuat Xidmətinə istinadən xəbər verir ki, yanvarın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Robbert Gabrielseni qəbul edib.
Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.



Reytinq: