» » Prezident İlham Əliyev yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələləri ilə bağlı fərman imzalayıb


Prezident İlham Əliyev yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələləri ilə bağlı fərman imzalayıb

13-01-2015, 20:45
Oxunub: 552
Çap et
Prezident İlham Əliyev yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələləri ilə bağlı fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

milliyyet.az-ın Trend-ə istinadən məlumatına görə, fərmanda qeyd olunur ki, yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə 2014-cü il mayın 30-da Minsk şəhərində imzalanmış protokol təsdiq edilsin.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.



Reytinq: