İlham Əliyev İstanbuldakı baş konsulu və səfirləri geri çağırdı » Milliyet.Az

İlham Əliyev İstanbuldakı baş konsulu və səfirləri geri çağırdı

Dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

İlham Əliyev İstanbuldakı baş konsulu və səfirləri geri çağırdıAzərbaycanın bir sıra səfirləri vəzifələrindən geri çağırılıb.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncamlar imzalayıb.

Prezident Həsən Sultan oğlu Zeynalovun Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu və eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.


İlham Əliyev İstanbuldakı baş konsulu və səfirləri geri çağırdıHəsən Zeynalov - geri çağırılan baş konsul

Dövlət başçısının digər sərəncamı ilə Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

İlham Əliyev, həmçinin Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri, Tofiq Nadir oğlu Zülfüqarov isə Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.


İlham Əliyev İstanbuldakı baş konsulu və səfirləri geri çağırdıTofiq Zülfüqarov - geri çağırılan səfir

Prezident İlham Əliyev Vəhdət Məmmədağa oğlu Sultan-zadənin Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında da sərəncam imzalayıb.

Dövlət başçısı, həmçinin Zakir Arif oğlu Həşimovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Rəşad Eynəddin oğlu Məmmədovun isə Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu geri çağırılması haqqında sərəncamlar imzalayıb.


İlham Əliyev İstanbuldakı baş konsulu və səfirləri geri çağırdıZakir Arif oğlu Həşimov - geri çağırılan səfir
  • Sosial şəbəkədə paylaş