İlham Əliyev “Böyük iyirmilik”də » Milliyet.Az

İlham Əliyev “Böyük iyirmilik”də

Təhlükəsizliyin təmin olunması üçün 12 min polis iş başında olacaq.
İlham Əliyev “Böyük iyirmilik”də
Prezident İlham Əliyevin Türkiyədə keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində iştirak edəcək.

milliyyet.az-ın ANS-ə istinadən məlumatına görə, Türkiyə mətbuatında sammitdə iştirak edəcək ölkə liderlərinin adları açıqlanıb.

Antalyanın truzim mərkəzi hesab edilən Belek rayonunda noyabrın 15-16-da keçiriləcək “Böyük iyirmilik” ölkələrinin sammitində iktirak edəcək dünyanın ən böyük iqtisadiyyatına malik 19 ölkə lideri və Avropa Birliyindən (AB) başqa bir sıra dövlət başçıları da zirvəyə dəvət olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə iştirak etmək üçün prezident İlham Əliyevə də dəvət göndərib.

Sammitdə ABŞ, Rusiya və Fransa prezidentləri Barak Obama, Vladimir Putin, Fransua Olland, Almaniya kansleri Angela Merkel, Səudiyyə ərəbistanı kralı Salman bin Əbdüləziz, Türkiyə və Böyük Britaniyanın baş nazirləri Əhməd Davudoğlu, Devid Kemeron, Avropa Birliyi Şurasının prezidenti Donald Tusk və başqaları iştirak edəcək.

Türkiyədə ilk dəfə keçiriləcək sammitə görə bir neçə gündür ki, təhlükəsizlik qüvvələri ölkə ərazisində antiterror əməliyyatları həyata keçirir. Onlarla terrorçunun saxlanıldığı bildirilir.

Sammit zamanı təhlükəsizliyin təmin olunması üçün 12 min polis iş başında olacaq.
  • Sosial şəbəkədə paylaş