» » Məmmədyarov Qarabağdan danışdı


Məmmədyarov Qarabağdan danışdı

4-12-2014, 13:57
Oxunub: 725
Çap et
Məmmədyarov Qarabağdan danışdı



Nazir Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.

Miliyyet.az -ın XİN-ə istinadla verdiyi məlumata görə, görüş əsnasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsi qeyd edilmiş və Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin əhəmiyyəti vurğulanıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Ermənistanın münaqişənin həlli prosesinə əngəl yaratdığını deyən Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş və təxribatçı məqsədlərə xidmət edən genişmiqyaslı hərbi təlimləri diqqətə çatdırıb.



Reytinq: