» » Zakir Həsənovun bu bəyanatı erməniləri çox qorxudacaq (VİDEO)


Zakir Həsənovun bu bəyanatı erməniləri çox qorxudacaq (VİDEO)

28-06-2015, 17:21
Oxunub: 796
Çap et
"Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir".

Zakir Həsənovun bu bəyanatı erməniləri çox qorxudacaq (VİDEO)Müdafiə naziri Zakir Həsənov, erməni mətbuatında son zamanlar Avropa Oyunlarından sonra Azərbaycanda nələrinsə olacağı barədə yazılan məlumatlarla bağlı suallara aydınlıq gətirib.

Mirşahin Ağayevin suallarını cavablandıran, müdafiə naziri Ermənistan tərəfinin bu təlaşının haradan və nədən qaynaqlandığını da açıqlayıb:

“Düşmən Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatları görür. Bu yaxınlarda onlar görülən daha böyük işlərə şahidlik edəcəklər. Məhz bu istiqamətdə aparalan uğurlu işlər artıq onlarda qorxu yaradır. Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir. Qoy gözləsinlər, biz sözümüzü deyəcəyik. Xatırladım ki, möhtərəm cənab prezident deyib ki, əgər erməni əsgər ölmək istəmirsə, onda onun Ağdamda, Füzulidə nə işi var. Mən onlara məsləhət görərdim ki, bundan yararlansınlar. Yoxsa nəticəsi pis olacaq”.




Reytinq: