» » Ağ Ev: Qarabağı Azərbaycana qaytarın


Ağ Ev: Qarabağı Azərbaycana qaytarın

18-06-2015, 16:18
Oxunub: 830
Çap et
Rəsmi Bakı işğal edilmiş əraziləri hərbi yolla azad etməyə imkan əldə edir.

Ağ Ev: Qarabağı Azərbaycana qaytarınABŞ Dövlət Departamentinin keçmiş müşaviri, tanınmış amerikalı analitik Pol Qoblun Qarabağ münaqişəsi barədə ifadələri Ermənistanda böyük təşviş doğurub.

milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, amerikalı analitik deyib: “Mən əminəm ki, İrəvan işğal etdiyi əraziləri Azərbaycana qaytarmaq istəsəydi, Qərb ona təhlükəsizlik zəmanəti verərdi və Ermənistan Qafqazda Amerikanın agenti rolunu oynamaqdan əl çəkərdi”.

Erməni şərhçilər məsələyə ciddi reaksiya verib. “Qarşımızda yalnız ABŞ-ın deyil, həm də bütün Qərbin mövqeyinin tamamilə aydın nümayişidir”, - deyə erməni şərhçi Qalust Qriqoryan bildirib. Qriqoryanın sözlərinə görə, son günlərdə bu mövqe ilə çıxış edənlər sırasında Avropa insan haqları məhkəməsi də var.

Laçın rayonunun sakkinləri tərəfindən qaldırımış “Çıraqov və başqaları Ermənistana qarşı” iddianı təmin edən Avropa məhkəməsi iyunun 16-da qərara alıb: “Ermənistan Respublikası öz hərbi mövcudluğu və silah təchizatı ilə ilk günlərdən Dağlıq Qarabağ münaqişəsində önəmli səviyyədə iştirak edib. Bu hərbi yardım həmin ərazilərin tutulmasında və nəzarət altında saxlanmasında həlledici rol oynayıb. Bunun sübutu kimi Ermənistan və Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələri yüksək səviyyədə inteqrasiya olmasını göstərmək olar”.

Avropa Məhkəməsi həm də müəyyən edib ki, “Ermənistan Dağlıq Qarabağ Respublikasını hərbi, iqtisadi, maliyyə və inzibati dəstəklə təmin edir. Bundan əlavə, Ermənistan məhkəmələri bu ərazilərdə yurisdiksiya gerçəkləşdirirlər”.

Qalust Qriqoryan bu sözləri sadə dillə izah edir: “Avropa məhkəməsi müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ üzərində, həmçinin Laçın daxil olmaqla bütün ətraf rayonlarda effektiv nəzarəti həyata keçirir”.

Erməni şərhçi 22-26 iyunda AŞPA-nın yay sessiyasında qəbul ediləcək qətnaməni yada salır və Ermənistanı qara günlərin gözlədiyini vurğulayır: “Sənəddə açıq deyilir: “Ermənistan Dağlıq Qarabağı işğal edib”. Beləliklə, bizi film gözləyir”.

Bununla da, Azərbaycan Dağlıq Qarabağı hərbi yolla azad etmək üçün beynəlxalq xeyir-dua əldə edir. İndiyə kimi Ermənistan münaqişəni milli-azadlıq hərəkatı kimi təqdim edərək Azərbaycan ərazilərini Dağlıq Qarabağ Respublikasının silahlı qüvvələrinin işğal etdiyini iddia edirdi. Bu, Azərbaycan ordusunun hərəkətinə ciddi beynəlxalq maneələr yaradırdı və bu, hətta ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycana qarşı 907-ci düzəlişin tətbiqinə imkan yaratmışdı.

2000-ci ildən başlayaraq Azərbaycan Ermənistanın bu məkrli siyasətini dağıtmağa başladı və ərazilərin məhz Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsini sübut edən dəlilləri müxtəlif instansiyalara təqdim etməyə başladı. Göründüyü kimi, artıq dünya bizə inanmağa başlayır.



Reytinq: