» » Rusiya və Türkiyə İŞİD-ə qarşı birləşir


Rusiya və Türkiyə İŞİD-ə qarşı birləşir

17-06-2015, 12:01
Oxunub: 732
Çap et
Rusiya və Türkiyə İŞİD-ə qarşı birləşirRusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, nazirlər İŞİD-ə qarşı kompleks strategiyanın hazırlanmasının vacibliyini vurğulayıblar.

Məlumata əsasən telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

“Telefon danışığı zamanı nazirlər Suriya qaçqınları problemi də daxil olmaqla Yaxın Şərq və Şimali Afrikada vəziyyəti müzakirə ediblər”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.



Reytinq: