» » Laçınlılar Ermənistana qarşı beynəlxalq məhkəməni uddu


Laçınlılar Ermənistana qarşı beynəlxalq məhkəməni uddu

16-06-2015, 23:11
Oxunub: 669
Çap et
Amma maddi kompensasiya ilə bağlı sual açıq qalıb.
Laçınlılar Ermənistana qarşı beynəlxalq məhkəməni uddu
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını aciqlayib.

Miliyet.az-ın məlumatına görə, virtualaz.org-a bu barədə vəkil Anar Bağırov məlumat verib. Vəkil bildirib ki, məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

Amma maddi kompensasiya ilə bağlı sual açıq qalıb. Daha dəqiq desək, məhkəmə bu məsələni həll etmək üçün tərəflərə 12 ay vaxt verib.

Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi 2005-ci ilin aprelində baxılmaq üçün məhkəməyə təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Laçın rayonunda doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlərin 2005-ci ilin aprelində qaldırdıqları iddia əsasında icraata qəbul olunub.



Reytinq: