» » Putin və Ərdoğan Bakıda görüşdü


Putin və Ərdoğan Bakıda görüşdü

13-06-2015, 12:26
Oxunub: 845
Çap et
Rusiya və türkiyə liderləri bakıdakı Açılış Mərasimindən danışıblar
Putin və Ərdoğan Bakıda görüşdü
I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya gələn Rusiya və Türkiyə prezidentləri görüşüblər. milliyyet.az-ın TASS-a istinadla verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında danışıqlar bağlı qapı arxasında baş tutub.

Rusiya tərəfdən bu görüşdə prezidentin müşaviri Yuriy Uşakov, XİN rəhbəri Sergey Lavrov, energetika naziri Aleksandr Novak, Rosatomun rəhbəri Sergey Kirienko və "Qazprom"un başçısı Aleksey Miller iştirak edib.

İki ölkə lideri ilk olaraq ötən gün baş tutan və bütün dünyanın diqqətində olan açılış mərasimi haqqında təəssüratlarını bölüşüblər.

Ərdoğan bildirib ki, açılış mərasimində Avropa İttifaqı ölkələri liderlərindən gəln olmayıb. Amma Türkiyə bu quruma daxil olmağa namizəd kimi btün Avropa İttifaqını təmsil edib.

Putin və Ərdoğan mərasimin çox möhtəşəm və rəngarəng olduğunu deyiblər. Onlar bir-birinin komandalarına Avropa Oyunlarında uğurlar arzu ediblər.



Reytinq: