» » Hacıbala Abutalıbovla Milli Şura arasında yeni qalmaqal - AÇIQLAMA


Hacıbala Abutalıbovla Milli Şura arasında yeni qalmaqal - AÇIQLAMA

13-05-2015, 11:28
Oxunub: 654
Çap et
Hacıbala Abutalıbovla Milli Şura arasında yeni qalmaqal - AÇIQLAMABakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 17 may tarixinə təyin etdiyi “Talana son” mitinqi ilə bağlı müraciətə cavab verib. BŞİH nöbvəti dəfə təxribat törədərək mitinqin təyin olunan tarixdə keçirilməsinə raızlıq verilməyib.

milliyyet.az xəbər verir ki, BŞİH cavab məktubunda mitinqin mayın 16-da keçirilməsinə razılıq verildiyini qeyd edib. Lakin bu, təşkilatçılarla razılaşdırılmadan edilib.

Mitinq Komitəsinin sədri Fuad Qəhrəmanlı BŞİH-in bu cavabını qanuna zidd adlandırıb və bununla bağlı məhkəməyə müraciət olunacağını deyib. F.Qəhrəmanlı bildirib ki, mitinqin mayın 16-da keçirilib-keçirilməyəcəyi Milli Şurada və AXCP-də aparılacaq müzakirələrdən sonra bəlli olacaq.
Lakin BŞİH-in təşkilatçılarla razılaşdırmadan aksiyanın vaxtını dəyişmək hüququ yoxdur. Milli Şura isə bütün hazırlıqlarını mayın 17-i üçün edib. Bu baxımdan mitinqin vaxtının dəyişməsi faktiki onun keçirilməsinə razılıq verilməməsi deməkdir:

“Bu hakimiyyətin Milli Şuranın mitinqlərindən qorxuya düşməsinin göstəricisidir. Hakimiyyət cəmiyyətdə fəallığın getdikcə artmasından və Milli Şuranın mitinqlərində daha kütləvi iştirak etməsindən narahatdır. Hesab edirik ki, hakimiyyət bu yolla ölkədə sərbəst toplaşmaq azadlığının qarşısını faktiki almış olur”(Azadliq.info).



Reytinq: