» » Ərdoğandan İrəvana sərt Qarabağ mesajı


Ərdoğandan İrəvana sərt Qarabağ mesajı

19-04-2015, 12:08
Oxunub: 632
Çap et
"Bizimlə və qardaşlarımızla problemi olan erməni diasporudur, Ermənistan dövlətidir".
Ərdoğandan İrəvana sərt Qarabağ mesajı
milliyyet.az Anspress-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə olaraq dəfələrlə Ermənistana əl uzadıılıb, yaxşı niyyətlərimiz ortaya qoyulub, ancaq Ermənistan erməni diasporunun və digər ölkələrin maraqlarına xidmət etdiyi üçün heç bir nəticə əldə olunmayıb.

"Ermənistana qapılarımız hələ də açıqdır. Qondarma soyqırım iddiaları və Qarabağ münaqişəsində doğru addımlar atsalar, onlarla birgə işləməyə hazırıq. Bu cəsarəti nümayiş etdirəcək erməni siyasətçiləri ilə, Ermənistanı idarə edənlərlə görüşməyə, danışmağa daim hazırıq. Amma əvvəlcə Qarabağ münaqişəsi həll olunacaq. Bu məsələdə ABŞ-da üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Rusiya da vəzifəsini yerinə yetirmir. Fransa da həmçinin. Minsk qrupu, beynəlxalq qurumlar Azərbaycanı haqlı göstərdiyi halda Azərbaycanın hüququnu qorumadılar. Soyqırım məsələsini siyasətçilərin deyil, tarixçilərin üzərinə buraxsalar məsələ həllini tapar. Bu həmçinin azərbaycanlı qardaşlarımızın qanayan yarası Qarabağ məsələsinin də həllinə şərait yaradacaq. Bizim mövqeyimiz bu qədər konkretdir, açıqdır", - deyə Ərdoğan bildirib.



Reytinq: