» » Doğu Perinçək: “Avropa Parlamentinin qərarının zibilliyinə atılacağını görəcəyik”


Doğu Perinçək: “Avropa Parlamentinin qərarının zibilliyinə atılacağını görəcəyik”

16-04-2015, 14:39
Oxunub: 781
Çap et
“Avropa Parlamentinin qərarını üzünə çırpırıq”.
Doğu Perinçək: “Avropa Parlamentinin qərarının zibilliyinə atılacağını görəcəyik”
milliyyet.az xəbər verir ki, bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyənin Vətən Partiyasının (keçmiş İşçi Partiyası) lideri Doğu Perinçək deyib.

Avropa Parlamentinin 15 apreldə Türkiyə əleyhinə qəbul etdiyi qərarı şərh edən D. Perinçək deyib:

“Parlamentlər tarixi hadisələr barədə qərar qəbul edə bilməzlər. Avropa Parlamenti Türkiyəyə qarşı düşmənçilik mövqeyindən çıxış edərək Türkiyəni bölüb-parçalamağa cəhd edən bir qərarın altına imza atıb. Bu qərar Türkiyəni parçalamaq üçün həyata keçirilməyə çalışılan layihələrdən biridir. Avropa İnsan Haqları Məhkəməsi parlamentlərin tarixi hadisələr barədə qərar qəbul edə bilməyəcəyinə açıq şəkildə hökm edib. Digər tərəfdən, AİHM-in 17 dekabr 2013 tarixli hökmündə 1915-ci il hadisələrinin yəhudi soyqırımı ilə müqayisə edilə bilməyəcəyi, insanların bir bölgədən başqa bölgəyə köçürülməsinin “soyqırım” ola bilməyəcəyi yazılıb. Eyni zamanda, Haaqa Ədalət Divanının Serbiya və Xorvatiya barədəki qərarlarında soyqırımın tərifi verilib ki, onun da 1915-ci il hadisələri ilə heç bir əlaqəsi yoxdur. Soyqırımın tərifi ilk dəfə 1948-ci ildə BMT tərəfindən verilib, o tərifə görə də 1915-ci il hadisələri soyqırım olmadığı kimi, 1948-ci ildə verilmiş BMT qərarının geriyə tətbiq edilməsi mümkün deyil. Avropa Parlamenti Avropanın hüququnu tapdaladığı kimi, biz də onun qərarını ayaqlarımız altına alırıq. Türkiyəni bölüb-parçalamağa yönəlmiş bu qərarın bizim üçün heç bir dəyəri yoxdur və çox yaxın gələcəkdə AP qərarının Avropanın zibilliyinə atılacağını hamımız görəcəyik. Buradan Azərbaycandakı bacı-qardaşlarıma müraciət edirəm: biz hamımız türk millətinin övladlarıyıq. Nə tarixdə, nə də bu gün türk millətinin övladlarını heç kimin “soyqırım” yapmaqla günahlandırmağa cəsarəti çatmaz. Ona görə də başımızı dik tutaraq əmin olaq ki, ən yaxın müddətdə hər şey tərsinə dönəcək və biz şanlı tariximizlə qürur duyaraq yolumuza davam edəcəyik. Əvvəl olduğu kimi, bundan sonra da Türkiyə ilə Azərbaycan eyni millətin fərdləri olaraq yola əlbir və güclü şəkildə davam etməlidirlər”.



Reytinq: