Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək » Milliyet.Az

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəkSilahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

milliyyet.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 14-dən 16-dək Qətərin paytaxtı Doha şəhərində "Yırtıcı Şahin-2015" təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Litvanın paytaxtı Kaunas şəhərində yaralılara hospitala təxliyyədən öncəki tibbi yardım kursu, aprelin 14-dən 24-dək isə İordaniyanın paytaxtı Əmman şəhərində Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
  • Sosial şəbəkədə paylaş