» » Bakıda növbəti iqtidar-müxalifət görüşü başlayıb


Bakıda növbəti iqtidar-müxalifət görüşü başlayıb

12-02-2015, 11:31
Oxunub: 643
Çap et
Bakıda növbəti iqtidar-müxalifət görüşü başlayıb

Bu gün Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində müxalif partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilir.

milliyyet.az SalamNews-a istinadən xəbər verir ki, görüşdə iqtidarı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.

Müxalifət tərəfdən görüşə ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, BAXCP sədrinin müavini Zöhrab Abdullayev, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev və başqaları qatılıb.



Reytinq: