» » “Azərbaycanla sərhəddə kiçik müharibə gedir” – Erməni mətbuatı


“Azərbaycanla sərhəddə kiçik müharibə gedir” – Erməni mətbuatı

7-02-2015, 16:13
Oxunub: 643
Çap et
“Azərbaycanla sərhəddə kiçik müharibə gedir” – Erməni mətbuatı

“Azərbaycanla sərhəddə kiçik müharibə gedir. Bunun nəticəsi təkcə insan ölümü ilə deyil, mövqelərin itirilməsilə də sona çata bilər”.

milliyyet.az AZNEWS.AZ-a istinadən xəbər verir ki, bu sözləri “Novosti-Armeniya” agentliyinə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçrun Ovannisyan deyib.

Onun sözlərinə görə, yanvar ayından başlayaraq Azərbaycanla sərhəddə gərginlik yaranıb.

Qeyd edək ki, Ermənistan daha çox Dağlıq Qarabağda deyil, məhz Qazax və Tovuz rayonlarında fəallaşıb. Elə dünən Tovuzun Əlibəyli kəndində bir qadın yaralanıb, 100-dək evə isə ciddi ziyan dəyib. Təbii ki, qarşı tərəf də layiqli cavabını alır. Ancaq ermənilər çox zaman öz itkilərini yenə də Azərbaycanın üzərinə atırlar. Misal üçün, 6 erməni əsgərinin Qazax rayonu ərazisində öz basdırdıqları minaya düşdükləri haqda videodan hər şey bəlli olur.



Reytinq: