» » Su Məcəlləsinə dəyişiklik edildi - SƏRƏNCAM


Su Məcəlləsinə dəyişiklik edildi - SƏRƏNCAM

4-02-2015, 20:58
Oxunub: 643
Çap et
Su Məcəlləsinə dəyişiklik edildi - SƏRƏNCAM

milliyyet.az Xezerxeber.com-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1129-IVQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi, həmin Qanundan irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.



Reytinq: