» » Hərbi təyinatlı bütün növ silahların reklamı qadağan olunur


Hərbi təyinatlı bütün növ silahların reklamı qadağan olunur

2-02-2015, 22:21
Oxunub: 533
Çap et
Hərbi təyinatlı bütün növ silahların reklamı qadağan olunur

Azərbaycanda hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir.
milliyyet.az "Report"a istinadən xəbər verir ki, bu barədə məsələ "Reklam haqqında" qanun layihəsində yer alıb.
Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.
İcazə verilmiş ov və idman silahlarının reklamı yalnız ixtisaslaşmış çap nəşrlərində, bu silahların satılması, nümayişi və sınağı üçün ayrılmış yerlərdə yerləşdirilə bilər. Qanun layihəsi pirotexnik vasitələrin də reklamını qadağan edir.
Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.



Reytinq: