» » Türkiyə ilə ticarət müharibəsi Nyu-York birjasını çökdürdü


Türkiyə ilə ticarət müharibəsi Nyu-York birjasını çökdürdü

16-08-2018, 15:36
Oxunub: 95
Çap et
Türkiyə ilə ticarət müharibəsi Nyu-York birjasını çökdürdü


Vaşinqtonun Türkiyəyə qarşı başlatdığı ticarət müharibəsi Nyu-York əmətəə birjasında indekslərin düşməsi ilə nəticələnib.

Milliyet.Az “Anadolu”ya istinadən xəbər verir ki, “Dow Jones” indeksi 260 bənd (1) düşərək, avqustun 6-dan bu günə olan minimal səviyyəyə çatıb.

“Standard & Poor's” indeksi 26 bənd (0,9%), Nasdaq 103 bənd (1,3%) azalıb. Hər iki indeks avqustun 2-dən bu günə olan ən aşağı nəticələri göstəriblər.

Ekspertlərin fikrincə, ABŞ prezidenti Donald Trampın müttəfiqi və NATO-dakı əsas üzvlərdən biri Türkiyəyə qarşı başlatdığı ticarət müharibəsi Nyu-York əmtəə birjasında amerikalı investorlar arasında ciddi narahatlığa səbəb olub.



Reytinq: