» » Neft Fondunun 2015-ci il üçün büdcəsi təsdiqləndi


Neft Fondunun 2015-ci il üçün büdcəsi təsdiqləndi

19-01-2015, 20:46
Oxunub: 602
Çap et
Neft Fondunun 2015-ci il üçün büdcəsi təsdiqləndi

İlham Əliyev fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsi haqqında fərman imzalayıb.

milliyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri 10 246 611,9 min manat, xərcləri isə 11 813 909,2 min manat məbləğində təsdiq edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Gəlir mənbələri-Gəlirlərin məbləği (min manat)

2.1. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) - 9 741 1 75,6

2.2. Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı - 1 568,4

2.3. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər - 9 410,4

2.4. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər - 494 357,5

2.5. Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar - 100,0

Cəmi - 10 246 611,9

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin xərcləri isə aşağıdakı məqsədlərə yönəldilir:

Xərc istiqamətləri-Xərclərin məbləği (min manat)

3.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi - 150 000,0

3.2. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert - 10 388 000,0

3.3. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi - 90 000,0

3.4. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi- 111 487,0

3.5. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi - 44 088,0

3.6. Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 997 016,2

3.7. Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər - 33 31 8,0

Cəmi - 11 813 909,2

Dövlət başçısı bu fərmanla "Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin 2015-ci ildə istifadəsinin əsas istiqamətləri (proqramı)" və "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2015-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası"nı təsdiq edib.



Reytinq: