DataLife Engine > Səhiyyə > “Caspian Hospital”da faciə: körpəsini yenicə qucağına alan ana öldü

“Caspian Hospital”da faciə: körpəsini yenicə qucağına alan ana öldü


3-09-2018, 11:05. Разместил: sehriyar
“Caspian Hospital”da faciə: körpəsini yenicə qucağına alan ana öldü


Bakıda qadın doğuşdan sonra vəfat edib.

Milliyet.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Badamdar qəsəbəsində yerləşən "Caspian Hospital”da baş verib.

Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Xanımnaz Əliyeva avqustun 25-də qeysəriyyə əməliyyatı keçirib və oğlu olub. Sentyabrın 1-də isə həmin xəstəxanada vəfat edib. Onun ölümünün səbəbləri araşdırılır.

X.Əliyevanın bundan öncə 3 qızı olub.
Вернуться назад