» » Yeni qorxulu xəstəlik yayılır


Yeni qorxulu xəstəlik yayılır

8-11-2015, 15:55
Oxunub: 1151
Çap et
Yeni qorxulu xəstəlik yayılır

Dünya yeni təhlükəli xəstəliklə üz-üzədir. Modern.az saytı xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi açıqlamasında bildirib. Oktyabr ayının ortalarında bu rəqəm 1800 nəfər təşkil edirdisə, hazırda 2200 nəfəri keçib. Xəstəliyin əsas səbəbi kimi ölkədəki su qıtlığı əsas göstərilir.

BMT-nin məlumatına görə, vəbanın əsas yayılma ocağı Bağdad ətrafı və Babil əyalətindədir. Xəstəliyə yoluxanlardan 20 faizinin uşaqlar olduğu bildirilir. Bu, İraq ərazisində ilk vəba (xolera) epidemiyası deyil. 2007-ci ildə 4 mindən çox adam bu xəstəliyə yoluxub. Həmin il 24 nəfər bu xəstəlikdən həyatını itirib. 2012-ci ildə isə ölkənin ən böyük şəhərlərindən biri Kərkükdə 300 nəfər vəbaya yoluxub. Həmin epidemiya zamanı insan itkisi qeydə alınıb.

Qeyd edək ki, vaxtı ilə Azərbaycan ərazisində də vəba xəstəliyi yayılıb. Son 30 ilin təcrübəsi göstərir ki, vəba əsasən su vasitəsi ilə yayılır. İçməli su problemi olan ölkələrdə insanlar bu xəstəliyə yoluxa bilirlər. Vəbaya tutulan şəxsin orqanizmi xeyli miqdarda maye itirir. Vəba xəstəliyi mövsümü xarakter daşıyır və əsasən may ayında müşahidə olunur. Son illər bu xəstəlik respublikada qeydə alınmasa da, müvafiq profilaktik tədbirlər davam etdirilir. Respublikamızda hər il mayın 1-dən noyabrın 1-dək, həftədə bir dəfə olmaqla bütün açıq su mənbələrində və eyni zamanda, insanların məişətdə istifadə etdiyi suların mənbəyində müayinələr aparılır. Su hövzələrindən götürülən nümunələr Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyalarında yoxlanılır.



Reytinq: