» » Azərbaycanda növbəti həkim biabırçılığı: İynəni səhv vurdu…


Azərbaycanda növbəti həkim biabırçılığı: İynəni səhv vurdu…

27-05-2018, 03:08
Oxunub: 809
Çap et
Azərbaycanda növbəti həkim biabırçılığı: İynəni səhv vurdu…


Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb.
“Report”un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə 10-cu mikrorayonda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Soltanova Ziyafət Allahverdi qızının yaşadığı mənzildə halı pisləşib. Bu səbəbdən təcili tibbi yardım çağırılıb. Xəstə ona vurulan iynədən şoka düşüb və keçinib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından “Report”un yerli bürosuna bildirilib ki, həkimlər ünvana çatar-çatmaz, qadın ölüm ayağında olub və ona iynə vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: