Bakıda məşhur klinika bağlandı » Milliyet.Az

Bakıda məşhur klinika bağlandı

Bakıda məşhur klinika bağlandı

Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardan birinin fəaliyyətini dayandırıb.

Milliyət.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, “Atlas Medical Center”-də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb.

Onun sözlərinə görə, nazirliyə “Atlas Medical Center”-in lisenziyasında nəzərdə tutulmayan - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə siqnal daxil olub: "Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmauan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir.

Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb".
  • Sosial şəbəkədə paylaş