» » Nikaha daxil olmaq istəyən 5 min nəfərdə talassemiya daşıyıcılığı aşkarlandı


Nikaha daxil olmaq istəyən 5 min nəfərdə talassemiya daşıyıcılığı aşkarlandı

16-02-2017, 16:21
Oxunub: 528
Çap et
Nikaha daxil olmaq istəyən 5 min nəfərdə talassemiya daşıyıcılığı aşkarlandı


2016-cı ildə nikaha daxil olmaq istəyən 42 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyənləşib
Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ötən il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-da talassemiya daşıyıcılığı aşkar edilib. 2016-cı ildə nikaha daxil olmaq istəyən 42 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyənləşib.

Ölkədə prenatal diaqnostika da tətbiq edilib. Döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir. Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülüb, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.



Reytinq: