» » `Bu mitinq deyil, Əli Kərimlinin konserti idi` - Siyavuş Novruzov


`Bu mitinq deyil, Əli Kərimlinin konserti idi` - Siyavuş Novruzov

15-03-2015, 22:00
Oxunub: 1159
Çap et
`Bu mitinq deyil, Əli Kərimlinin konserti idi` - Siyavuş Novruzov“Xaricdən qrant alan insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?”

milliyyet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın martın 15-də keçirilən mitinqinə münasibət bildirərkən deyib.

S. Novruzov mitinqi şou adlandırıb: “Milli Şura mahiyyətsiz, mənasız bir qurumdur. Bugünkü mitinq də bir şou, Əli Kərimlinin konsert proqramı idi. Milli Şurada olanlar korrupsiya ilə məşğuldur. Ümumiyyətlə, xaricdən qrant alan, ölkənin əleyhinə iş aparan bu insanlar Azərbaycan vətəndaşının rifahından nə danışa bilərlər?”



Reytinq: