» » Nitqi qüsurlu olan aparıcıların adı açıqlandı - SİYAHI


Nitqi qüsurlu olan aparıcıların adı açıqlandı - SİYAHI

11-12-2015, 14:18
Oxunub: 2812
Çap et
Milli Televiziya və Radio Şurası nitqində qüsur olan aparıcıların adlarını açıqlayıb.

Nitqi qüsurlu olan aparıcıların adı açıqlandı - SİYAHIPublika.az xəbər verir ki, "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" Layihəsi əsasında 2015-ci ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçıları proqramlarının monitorinqlərinin nəticələri əsasında telekanallarda çalışan bəzi aparıcıların nitqində pozuntular qeydə alınıb.

Nitqində qüsur olan aparıcılar ATV-nin xəbər proqramının aparıcıları Ceyhun Səfər, Gülnar Muxtarqızı, hava proqramının aparıcısı Kəmalə Piriyeva, Məryəm Əlisoy, "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov, "10-lar" verilişinin aparıcısı Afaq Gəncəli, "ATV maqazin" verilişinin aparıcısı Nərgiz Vahabqızı, "Nanəli" verilişinin aparıcısı Nanə Ağamalıyeva, "Xeyrə qarşı" verilişinin aparıcısı İlqar Mikayıloğlu, "Öz aramızda"verilişinin aparıcısı Zaur Baxşəliyev, "Hər axşam" verilişinin aparıcısı Azər Axşam, "V element" verilişinin aparıcısı Kamilə Babayevadır.

"Xəzər TV"nin xəbərlər proqramının aparıcıları Nəcəf Həsənov, Günel Qədimova, Aqşin Kamal, "Hər şey daxil" əyləncəli proqramını aparıcıları Sevil, Sevinc bacıları, "Ay Zaur" verilişinin aparıcısı Zaur Kamal, "Səyyah" verilişinin aparıcısı Səbuhi Səyyahdır.

"Space" xəbər aparıcıları Elvin Basqallı, Fərqanə Səfər, "Yumor məktəbi" verilişinin aparıcısı Tünzalə Əliyeva, "Görüş yeri" verilişinin aparıcıları Elçin Əlibəyli, Tahirə Məmmədqızı, "Sənətsevər" verilişinin aparıcısı Zəhra Rüstəm-Osmanovadır.

"Lider TV"nin xəbərlər informasiya proqramının aparıcıları Şəbnəm Hümbətova, Mehman Mehdiyev, Günel Gözəlova, Aysel Fərziyeva, Sahil İsgəndərov. "Həyat tərzi" verilişinin aparıcısı Lamiyə Ələkbərqızı, "Solo" verilişinin aparıcısı Murad Arif, "Ay ev yiyəsi" verilişinin aparıcısı Lalə Əlimuxtarovanın adı var.

"ANS" telekanalının "Xəbərçi" informasiya proqramının aparıcıları Rita Ömərova, Natiq Nailəoğlu, Natəvan Babayeva, Çinarə Vaqif, Xanım Yadigarlı, Xatirə Məmmədova, İlkin Kərimov, Ləman Əliəşrəfqızı, Əfsanə Mehdiyeva, digər diqqət çəkən aparıcılardan Xoşqədəm Hidayətqızı ("Sən tək deyilsən") , Elgiz Əkbər ("Günəbaxan"), Ülvira Qarayeva ("Beş barmaq"), DJ Aynur ("Bura Azərbaycandır"), Xanım Eynullayevadır ("Şoubiz"). İTV-nin "Carçı" xəbərlər proqramının aparıcıları - Pərviz Məsməliyev, Günay Namidar, Nigar Sabirqızı, Ramiz İdrisoğlu, Füruzə Qurbanlı, "Sağlam yaşamaq" verilişinin aparıcısı Xədicə Sənanqızı, "Yeni gün" verilişinin aparıcısı Saleh Bağırovdur. Region TV-nin "Region xəbər" informasiya proqramının aparıcısı Elnarə İbrahimova, "Bu gün" verilişinin aparıcıları Səlminə Ələkbərli, Vüsalə Camal, Günay Yelmarqızı və digərləri də siyahıda yer alır.



Reytinq: