» » Mikayıl Cüləddinoğlu: “MTRŞ hansı yolu göstərsə, onunla da işimizə davam edəcəyik”


Mikayıl Cüləddinoğlu: “MTRŞ hansı yolu göstərsə, onunla da işimizə davam edəcəyik”

25-11-2015, 13:56
Oxunub: 804
Çap et
Mikayıl Cüləddinoğlu: “MTRŞ hansı yolu göstərsə, onunla da işimizə davam edəcəyik”
Təbii ki, Milli Televiziya və Radio Şurası hansı göstərişləri verirsə, biz həmin göstərişlər əsasında istiqamətimizi davam etdiririk.

Çünki bizim üçün nümunə Televiziya Şurasının göstərdiyi yoldur. MTRŞ hansı yolu göstərsə, təbii ki, o yolla işimizə davam edəcəyik. Yenidən bizim hansısa yanlışımıza görə irad varsa, təbii ki, həm telekanal rəhbərliyinin göstərişi, həm də MTRŞ-nin göstərdiyi nümunələrlə hərəkət edirik.

Bu sözləri Gün.Az-a "Space" telekanalında yayımlanan “Sevimli şou” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşovun sözügedən verilişlə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, T.Məmmədov APA-ya açıqlamasında “Bizim tövsiyələrimizdən sonra “Space” televiziyasında yayımlanan “Sevimli şou” verilişinin formatında müəyyən dəyişikliklər edilmişdi. Amma son vaxtlar biz müşahidə edirik ki, veriliş getdikcə əvvəlki formatına qayıtmaq üzrədir” –deyə bildirib.



Reytinq: