» » Azərbaycanda TV yayımı dayandırılır


Azərbaycanda TV yayımı dayandırılır

19-11-2015, 20:43
Oxunub: 934
Çap et
Bu il dekabrın 31-də Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.

Azərbaycanda TV yayımı dayandırılırmilliyyet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan bununla bağlı üzərinə öhdəlik götürüb.

İ.Məmmədov rəqəmli yayıma keçidin uzanması məsələsinə də aydınlıq gətirib:

“Azərbaycan ərazisinin böyük hissəsi rəqəmli televiziya yayımı ilə təmin olunub. Lakin rəqəmli yayımla paralel olaraq analoq yayım da tətbiq olunub. Çünki bəzi yerlər var ki, orada vətəndaşlar rəqəmli yayımdan istifadə edə bilmirlər. Buna görə də biz analoq yayımın vaxtını uzatmağa məcbur olduq. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəliyinə görə, bu ilin sonunda analoq yayımı tamamilə dayandırmalıyıq”.

Azərbaycan telekanallarının daha keyfiyyətli yayımı məsələsinə toxunan MTRŞ rəsmisi qeyd edib ki, yeni ildən bir neçə kanal HD yayıma keçəcək:

“Artıq "CBC Sport" kanalı HD keyfiyyətdə yayımlanır. Yeni ildən isə İdman Azərbaycan və AzTV də bu yayıma keçəcək. Hələlik 3 kanal HD-də yayımlanacaq. Gələcəkdə digər telekanalların da daha keyfiyyətli formatda yayımlanacağı istisna deyil”.



Reytinq: