» » Efirdə söyüş söydü, ANS cəzalandı


Efirdə söyüş söydü, ANS cəzalandı

17-12-2014, 13:55
Oxunub: 890
Çap et
Efirdə söyüş söydü, ANS cəzalandı



Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

milliyyet.az AzNews.az-a istinadən verdiyi məlumata görə, iclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

ANS televiziyasında 11 dekabr 2014-cü il tarixdə saat 16:30-19:00 radələrində efirə getmiş olan “Adam içində” verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar”ın 2.8-ci bəndinə zidd olaraq ədəbsiz ifadələrdən (saat 17:40, 17:44) istifadə edildiyinə görə “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.



Reytinq: